Qeydiyyat

Digər qeydiyyat vasitələri

İstifadəçi Razılaşması

İstifadəçi Razılaşması

 

İstifadəçi Razılaşması sizin 700.az-da qeydiyyatdan keçdiyiniz andan qüvvəyə minmiş olur.

 

1. İstifadəçi razılaşmasının predmeti

 

700.az sizə mövcud İstifadəçi Razılaşması (İR) predmetinin şərtləri daxilində öz xidmətlərini təklif edir. İstifadəçi razılaşması 700.az tərəfindən istənilən vaxt təktərəfli qaydada dəyişdirilə bilər. İR-nın ən son nümunəsi bu ünvanda yerləşir www.700.az/termsandconditions

 

2. Xidmətin göstərilməsi

 

  1. 700.az sizə qəbul imtahanı üzrə hazırlıq kursları xidmətini təklif edir. Hal-hazırda mövcüd olan xidmət İR predmetidir. Siz başa düşür və qəbul edirsiniz ki, bu xidmət "olduğu kimi" təqdim/təklif olunur. Xidmətdən istifadə etmək üçün sizin internetə qoşulmuş kompüteriniz olmalıdır.

 

3. Qeydiyyatla əlaqəli görəcəyiniz iş

 

Qeydiyyat zamanı qeydiyyat formunda soruşulacaq suallara tam və dəqiq cavab verəcəyinizi qəbul edirsiniz. Əks halda 700.az sizin qeydiyyatınızı ləğv etmək və xidmətdən istifadənizi dayandırmaq hüququna malikdir.

 

4. Sizin qeydiyyatınız, şifrə və təhlükəsizlik

 

Qeydiyyatdan keçdikdən sonra siz təhsil xidmətindən istifadə etmək üçün istifadəçi adı və şifrəsi əldə edirsiniz. Siz istifadəçi adınızın və şifrənizin təhlukəsizliyinə və həmçinin bu ad və parol altında etdiyiniz hər cür işləmə görə cavab verirsiniz. 700.az müəyyən adların qeydiyyatına qadağa qoya bilər və belə adların istifadəsini məhdudlaşdırmaq hüququna sahibdir. Sizin ad və şifrənizdən razılığınız olmayan halda istifadə edilərsə, bu barədə mütləq 700.az-ın inzibatçısına xəbər verməlisiniz. Xidmətdən istifadə zamanı şəxsi səhlənkarlığınız üzündən və bu razılaşmanın qaydalarına əməl etmədiyiniz təqdirdə dəyilən ziyana görə 700.az heç bir məsuliyyət daşımır.

 

5. Qeydiyyatdan keçmiş istifadəçinin öhdəlikləri

 

Siz qəbul imtahanı üzrə hazırlıq kursları xidmətindən istifadə edərkən aşağıdakıları etməməyi qəbul edirsiniz:

 

  1. Özünü başqa şəxs kimi təqdim etmək;
  2. Digər şəxslər barədə şəxsi məlumatların yığılıb saxlanılması;
  3. Veb saytın normal fəaliyyət göstərməsini pozmaq.
  4. 700.az saytında yerləşən videolar, testlər və digər məlumatları paylaşmaq.
  5. İstifadəçi login və şifrəsini başqasına vermək qadağandır.

 

6. Qeyri-kommersiya məqsədi ilə istifadə

 

700.az tərəfindən satılan abunə kommersiya məqsədi ilə satıla bilməz. Belə hal aşkarlanarsa abunə ləğv olunur. Bu zaman yaranan hər hansı bir mübahisəyə görə 700.az məsulliyyət daşımır.

 

7. İstifadənin ümumi müddəaları

 

700.az tərəfindən təqdim olunan qəbul imtahanı üzrə hazırlıq kursları istifadə edərkən siz aşağıdakıları qəbul edirsiniz:

 

  1. 700.az sistemdə baş verə biləcək hər hansı bir pozuntuya görə məsuliyyət daşımır;
  2. 700.az istifadə şərtlərini və məhdudiyyətlərini hər zaman təktərəfli olaraq dəyişmək hüququna malikdir.

 

8. Qeydiyyatın dayandırılması

 

700.az sizin xidmətdən isifadə etmədiyinizə və ya razılaşmaya zidd əməlinizə görə qeydiyyatınızı və abunənizi dayandırmaq hüququna malikdir. Bu hallarda 700.az heç bir məsuliyyət daşımır.

 

9. İstinadlar

 

700.az digər resurslara istinad edə bilər. Siz qəbul edir və razılaşırsınız ki, 700.az həmin istinadların kontentinə və fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

 

10. Təminatdan azad

 

Siz qəbul edir və razılaşısınız ki:

 

  1. Sizə 700.az qəbul imtahanı üzrə hazırlıq kursları xidməti "olduğu kimi" təqdim olunur, 700.az servisdə yarana biləcək hər hansı problemlərdən dolayı məsuliyyət daşımır;
  2. 700.az təminat vermir ki, göstərilən xidmət (servis) sizin tələbərinizə tam cavab verəcək, xidmət dəqiq, operativ və qüsursuz olacaq;
  3. 700.az sizə xidmətdən istifadəyə görə birbaşa və ya dolayısı ilə dəyən (və ya dəyə biləcək) hər hansı zərərə görə məsuliyyət daşımır.

 

11. Ümumi Məlumat

 

11.1. İR Siz və 700.az arasında olan hüquqi bir anlaşmadır.

11.2. Siz və 700.az razılaşırsınız ki, İR barəsində yarana biləcək hər hansı bir mübahisə zamanı Azərbaycan qanunvericiliyi əsas kimi götürüləcək.

12.  Pulun geri ödənilməsi

 

700.az öz müştərilərinə minimum keçid balını keçməsinə zəmanət verir. Keçid balını keçə bilməyən müştərilərimiz aşağıda qeyd olunan hallarda pul vəsaitləri geri qaytarılır:

 

a)     Bütün video dərslərə baxdıqda və ən azı 80% dərslərin testlərindən keçdikdə

b)     Sınaq imtahanlarının ən azı 80%-ində iştirak etdikdə

 

13. Videoların endirilməsi

 

700.az, saytda yerləşdirilən bütün video materialların istifadəsinin tam hüququna malikdir. Şəxsi istifadə, və ya digər məqsədlər ilə video materialların endirilməsinə (yüklənməsinə) icazə verilmir. Belə hallar baş verdikdə, 700.az yükləyən istifadəçinin hesabını bağlamaq və Azərbaycan qanunvericiliyinə istinadən müvafiq addımlar atmaq hüququna malikdir.