Müəllimlər haqqında
Riyaziyyat - İlyas Həsənov
Texniki elmlər namizədidir. 2008-2010-cu illərdə Azərbaycan Respublikası TQDK-da məntiq məsələləri üzrə sədr işləyib. 2010-cu ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. A.S. Qriboyedov adına medalla və Rusiya Moskva Yazıçılar Birliyinin 55 illiyi ilə əlaqədar diplomla təltif olunub. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən praktik psixoloq diplomuna layiq görülüb.
Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyada məntiqi düşünmə qabiliyyəti üzrə təlim rəhbəridir. 60 elmi məqalənin, 2 ixtiranın, 80 kitabın müəllifidir. "SSRİ ixtiraçısı"dır.
Kimya: Aqil Məmmədov
"Hədəf" kurslarının biologiya fənni üzrə rəhbəridir. TQDK qəbul imtahanı hazırlığı üzrə 13 ildən çox təcrübəsi var.
Ədəbiyyat: Afərim Seyidova
"Hədəf" kursların ədəbiyyat fənni üzrə müəllimidir. TQDK qəbul imtahanı hazırlığı üzrə 15 ildən çox təcrübəsi var.
Azərbaycan və Ümumi Tarix: Qadir Fətullayev
"Hədəf" kursların tarix fənni üzrə rəhbəridir. TQDK qəbul imtahanı hazırlığı üzrə 15 ildən çox təcrübəsi var.
Coğrafiya: Famil İsayev
"Hədəf" kursların coğrafiya fənni üzrə rəhbəridir. TQDK qəbul imtahanı hazırlığı üzrə 15 ildən çox təcrübəsi var.
Azərbaycan dili: Elxan Nəcəfov
"Hədəf" kursların Azərbaycan dili fənni üzrə rəhbəridir. TQDK qəbul imtahanı hazırlığı üzrə 15 ildən çox təcrübəsi var.
Fizika: Anar Allahverdiyev
"Hədəf" kursların fizika fənni üzrə rəhbəridir. TQDK qəbul imtahanı hazırlığı üzrə 8 ildən çox təcrübəsi var.
İngilis dili: Fuad Rəcəbli
1989-ci ildə Moskva Dövlət xarici dillər İnstitutu ”ingilis dili müəllimi“ ixtisası üzrə bitirib. Polis akademiyasında İngilis dili müəllimidir. TQDK qəbul imtahanı hazırlığı üzrə 13 ildən çox təcrübəsi var.