Qeydiyyat

Digər qeydiyyat vasitələri

Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda dəyişiklik.2016-04-25

 
2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcəkdir. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaqdır. Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub onun təsdiqini təmin etdikdən sonra TQDK nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Elektron qeydiyyatın tarixləri aşağıdakı kimidir:
– ali təhsil müəssisələrinin I qrup “memarlıq” ixtisası üzrə – aprelin 15-dən 30-dək;
– ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə – mayın 6-dan 19-dək;
– tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək;
– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək.
Qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. İmtahanda topladığı balları TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar.